Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub, Qarabağ və Ukraynadakı vəziyyət müzakirə edilib

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub, Qarabağ və Ukraynadakı vəziyyət müzakirə edilib
21 Mart 2022
Mətni dəyiş
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Azərbaycan Xarici İşlər nazirliyindən verilən məlumata görə, 21 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı nazirlər, Ukrayna ətrafındakı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun