Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürülüb

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürülüb
8 Mart 2022
Mətni dəyiş

Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Bildirilib ki, səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar:

+380 73 5050000 +380 99 408 99 43

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun