Azərbaycanlı qrossmeyster: "Çölə çıxın, xəstə babanı sakitləşdirin"

Azərbaycanlı qrossmeyster: "Çölə çıxın, xəstə babanı sakitləşdirin"
4 Mart 2022
Mətni dəyiş

Azərbaycanlı qrossmeyster Rauf Məmmədov rusiyalı həmkarı Sergey Karyakin müharibəni dəstəklədiyi üçün sərt tənqid edib. 

Bu barədə Rauf Məmmədov öz 'Facebook' hesabında paylaşım edib. O, həmkarına deyib ki, 24 ildir tanışıq və həmişə yaxşı münasibətləri olub.

"Amma indi çox təəssüf ki, təlxəklik edib öz slavyan qardaşlarınızın ölümünü dəstəkləyirsən. Neçə gündür həmkarlarımız bomba sığınacaqlarında olarkən sən təhqiredici yazılar yazırsan".

Azərbaycanlı qrossmeyster deyib ki, bir çox şahmatçılar, yoldaşları Ukraynada evsiz qalıb.

"İndi sənə yazığım gəlir. Eləcə də ruslara müraciət etmək istəyirəm. Bilirəm ki, aramızda adekvat olanlar çoxdur və bu soyqırımı və terrorizmi dayandıra bilərlər. Çölə çıxın, xəstə babanı sakitləşdirin. Eşq olsun Ukraynaya!"

Üç qat Azərbaycan Şahmat Çempionatının qalibi Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun