Bakıdan Kiyevə yeni 30 tonluq yardım göndərilib

Bakıdan Kiyevə yeni 30 tonluq yardım göndərilib
19 Mart 2022
Mətni dəyiş

Bakı şəhərindən Kiyev sakinlərinə 30 tondan çox humanitar yardım göndərilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib.

Məlumat verilib ki, Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib. Bundan əvvəl də bir neçə dəfə Azərbaycandan Ukraynaya humanitar yardımlar göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun