Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə qurum özü açıqlama yayıb.
Bildirilib ki, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə başlanmış cinayət işi üzə Azərbaycan Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinib.
Məlumatda qeyd olunub ki, Məmmədov müxtəlif dövrlərdə 3-cü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanları ilə görüşüb, onlardan tapşırıq alıb və icra edib.
"Emil Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilmişdir. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir", - deyə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.