Hollandiya məhkəməsi Ukraynada döyüşmək istəyən iki məhkumu azadlığa buraxıb

Hollandiya məhkəməsi Ukraynada döyüşmək istəyən iki məhkumu azadlığa buraxıb
19 Mart 2022
Mətni dəyiş

Hollandiyanın "Middelburg" şəhərinin məhkəməsi öz ölkələrində döyüşmək istəyən iki ukraynalını azadlığa buraxıb. 

6 aydır həbsdə olan hər iki Ukrayna vətəndaşı insan qaçaqmalçılığında ittiam edilib. Hər iki məhkumun vəkili məhkəməyə müraciət edərək bildirib ki, məhkumlar Ukraynada döyüşmək istəyirlər.

Çərşənbə axşamı keçirilən məhkəmədən hakim səbəblərin xüsusi və ciddi olduğujnu nəzərə alaraq, hər iki məhkumun belə bir hüquqa sahib olduğunu bildirib və onların azadlığa buraxılması ilə bağlı qərar çıxarıb.

Məhkəmədən bildirilib ki, onlar 18 ay müddətində şərti cəza çəkəcəklər. Hollandiyaya yenidən qayıtsalar, yenidən həbs cəza növü seçiləcək.

Hər iki şəxs cümə günü azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun