Laçında itkin düşən əsgərlərin axtarışı davam edir

Laçında itkin düşən əsgərlərin axtarışı davam edir
9 Mart 2022
Mətni dəyiş

Martın 5-dən Azərbaycan ordusunun Laçında itkin düşən iki əsgəri hələ də tapılmayıb. Müdafiə Nazirliyinin axtarışların getməsi ilə bağlı açıqlaması olsa da, hələlik nəticə yoxdur. 

Ancaq son məlumatlara görə, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, ordunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata əsasən, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Son günlər Azərbaycan-Ermənisran arasında kiçik insidentlər artıb. Atəşkəs dəfələrlə pozulur və tərəflər pozuntuda bir-birlərini ittiham edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun