Milli Şura Ukraynaya dəstək mitinqi təyin edib

Milli Şura Ukraynaya dəstək mitinqi təyin edib
25 Mart 2022
Mətni dəyiş

Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası 2 aprelə Ukraynaya dəstək mitinqi təyin edib. 

Bu barədə Milli Şuranın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublu məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Milli Şura 2 aprel tarixində saat 15.00-dən 17.00-dək Ukraynaya dəstək mitinqi haqqında qərar qəbul edib. Bakı şəhəri İcra Hakimiyyətinə məktubda "Məhsul" stadionu, metronun "Nərimanov" stansiyası yanındakı park və "Ukrayna" dairəsi istəniləcək.

Bildirilib ki, mitinqin məqsədi Azərbaycan xalqının Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukrayna xalqına dəstəyini ifadə etməkdir. Mitinq şəhər hakimiyyəti ilə razılaşdırılacağı təqdirdə keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun