Mirzoyan: "Qarabağ ermənilərinin hüquqları və Dağlıq Qarabağın statusu əsas və prinsipial məsələlərdir"

Mirzoyan: "Qarabağ ermənilərinin hüquqları və Dağlıq Qarabağın statusu əsas və prinsipial məsələlərdir"
22 Mart 2022
Mətni dəyiş

Ötən həftə rəsmi Yerevan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqlarının keçirilməsi üçün Minsk qrupu həmsədrlərinə müraciət etmişdi

“Azərbaycanın martın 10-da Ermənistana təqdim etdiyi təkliflərin arasında ümumən Yerevan üçün qeyri-məqbul heç nə yoxdur. Bu başqa məsələdir ki, bu təkliflər Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh gündəliyini tam əks etdirmir”.

Azadlıq Radiosu yazır ki, bunu martın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Məclisdə suallara cavab verərkən deyib:

“Hesab edirik ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və Dağlıq Qarabağın statusu əsas və prinsipial məsələlərdir. Bax bu hərtərəfli əsasda biz danışıqlara başlamağa hazırıq və məhz bu məsələ ilə bağlı BMT Nizamnaməsi, siyasi və vətəndaş hüquqlarına dair beynəlxalq Pakt və Helsinki yekun aktına əsaslanaraq sülh danışıqlarının təşkili üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etmişik”.

Ötən həftə rəsmi Yerevan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqlarının keçirilməsi üçün Minsk qrupu həmsədrlərinə müraciət etmişdi.

Həmsədrlər bu müraciətə hələki cavab verməyiblər. Azərbaycan da Minsk qrupu çərçivəsində danışıqlar təklifinə cavab verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun