MN: 'Azərbaycan təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub'

MN: 'Azərbaycan təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub'
26 Mart 2022
Mətni dəyiş

"Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib"

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Açıqlamada deyilir ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

"Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", deyə bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun