MN: Sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən Ağdamdakı mövqelərimiz atəşə tutulub

MN: Sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən Ağdamdakı mövqelərimiz atəşə tutulub
8 Mart 2022
Mətni dəyiş

Azərbaycan-Ermənistan arasında atəşkəs yenidən pozulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlik bildirib ki, martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi də atəşə tutub.

Müdafiə Nazirliyi bildirib ki, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun