“Müsəlman Birliyi” Hərəkatının üzvü narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur

“Müsəlman Birliyi” Hərəkatının üzvü narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur
5 Mart 2022
Mətni dəyiş

Martın 3-də “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasov saxlanılıb. Bu barədə onun yaxınları məlumat veriblər. 

Abbasov martın 3-də saat 17:30-a yaxın iş yerinin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Yaxınlarının sözlərinə görə, ancaq bu gün onlar Abbasovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığını öyrənə biliblər.

Ancaq sonradan məlumat alamq mümkün olub.

Elşən Abbasova külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi  ittihamı irəli sürülüb. O, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq.

Məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun