Prezident Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzalayıb
12 Mart 2022
Mətni dəyiş

Azərbaycan rəhbərliyi kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq dərc edib. Sənədi prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, digər rəsmi şəxslər, yaradıcı ictimaiyyət nümayəndələri imzalayıblar.

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində vəfat etmişdir", - deyə nekroloqda bildirilir.

İbrahimbəyovun xatirəsinə həsr olunmuş nəşrdə onun ədəbiyyat və kinematoqrafiya sahəsində yaradıcılıq xidmətləri, ictimai fəaliyyəti qeyd edilir, təltif edildiyi dövlət mükafatları sadalanır.

2000-ci illərin sonlarında İbrahimbəyov dövlət idarəçiliyindəki problemləri, mədəniyyət, ictimai münasibətlər sahəsində məsul olan bir sıra yüksək vəzifəli məmurların səriştəsizliyini, korrupsiyanı açıq şəkildə tənqid etdikdən sonra hakimiyyətin ona qarşı münasibəti kəskin şəkildə pisləşib.

İbrahimbəyova qarşı cinayət işi açılıb və o, faktiki olaraq xaricdə sürgün həyatı yaşayıb.

Amma son illər hakimiyyətin ona qarşı münasibəti dəyişmişdi, onun barəsindəki iş bağlanmışdı, o, yenidən Azərbaycana gəlib milli kinonun inkişafı üzrə fəaliyyətini bərpa edə bilmişdi.

Hələlik İbrahimbəyovun harada dəfn ediləcəyi məlum deyil. O, Moskvada vəfat edib və hazırda Rusiya ilə birbaşa aviasiya əlaqəsi yoxdur. Mərhumun meyitinin gətirilməsi üçün xüsusi reys təşkil edilə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun