Prokuror həbsdə olan keçmiş icra başçısına 12 il həbs cəza istəyib

Prokuror həbsdə olan keçmiş icra başçısına 12 il həbs cəza istəyib
18 Mart 2022
Mətni dəyiş

Prokuror Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin 12 azadlıqdan məhrum olunmasını istəyib. Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror bu istəklə çıxış edib.

Məhkəmədə fasilə elan olunub. Günün ikinci yarısından sonra davam edəcək.

Quliyev 2020-ci il aprelin 29-da həyata Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun