Rüfət Səfərov: "Hakimiyyət siyasi məhbus ailələrini aldadır"

Rüfət Səfərov: "Hakimiyyət siyasi məhbus ailələrini aldadır"
17 Mart 2022
Mətni dəyiş

Hüquq müdafiəçiləri Novruz bayramı ərəfəsində dövlət başçısının əfv sərəncamı verməməsindən məyus olublar.

“Gözləyirdik ki, mart ayında əfv sərəncamı imzalanacaq, siyasi məhbuslar azadlığa buraxılacaq. Bu, baş vermədi. Hakimiyyət siyasi məhbus ailələrinin hissləri ilə oynayır. Ailələrə  söz verirlər, yerinə yetirmirlər”, - hüquq müdafiəçisi Rüfət Səfərov bugünkü mətbuat konfransında bildirib.

'Müdafiə xətti' hüquq-müdafiə təşkilatının icraçı direktoru Səfərov son bir ayda baş verən hüquq pozuntularına dair hesabatı təqdim edərkən deyib ki, siyasi məhbusların heç bir günahı yoxdur, onlar hakimiyyətin siyasi xəttilə razılaşmırlar.

"Siyasi məhbusların günahı ondadır ki, onlar hakimiyyətin siyasi xəttini dəstəkləmirlər. Hazırkı idarəçilik forması siyasi məhbuslarsız mövcud ola bilməz", - Səfərov deyib.

Onun sözlərinə görə, hökumət dünyadakı proseslərdən nəticə çıxarmalı və öz siyasətini dəyişməli, daha liberal hərəkət etməlidir.

"Müdafiə xətti"nin hesabatında reportyor, LGBTİ+ fəalı Əvəz Hafizlinin vəhşicəsinə qətlə yetirilməsinə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz edən azərbaycanlı fəallara polisin mane olmasına, beynəlxalq daşımaları həyata keçirən yük maşınlarının sürücülərinin dinc aksiyasına və onlara qarşı polis zorakılığına, jurnalistlər, fəal Bəxtiyar Hacıyev və Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərinin sıxışdırılmasına diqqət yönəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun