Şarl Mişel, Əliyev və Paşinyan yenidən görüşəcəklər

Şarl Mişel, Əliyev və Paşinyan yenidən görüşəcəklər
31 Mart 2022
Mətni dəyiş

Martın 30-da Brüsseldə Azərbaycan və Ermənistan təmsilçilərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.  Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib. Tərəflər bundan əvvəl keçirilən liderlərin görüşündə qərara alınan məsələlərin icrasının vacibliyini vurğulayıblar. Razılığa gəlinib ki, aprel ayının 6-da liderlərin növbəti görüşü baş tutsun. Ehtimal olunur ki, 6 apreldə keçiriləcək görüşdə təhlükəsizlik məsələləri ilə yanaşı sülh sazişi ilə bağlı da danışıqlar baş tutsun.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun