Sergey Şoyqu Zakir Həsənova zəng edib

Sergey Şoyqu Zakir Həsənova zəng edib
25 Mart 2022
Mətni dəyiş

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycan hərbi idarəsinin rəhbəri Zakir Həsənov telefonla Dağlıq Qarabağda vəziyyətin sabitləşməsi yollarını müzakirə ediblər. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyində məlumat verilib.

“Dağlıq Qarabağda sülhməramlı əməliyyatların keçirildiyi zonada vəziyyətin gərginləşməsilə əlaqədar martın 25-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun telefon danışığı olub. Müdafiə idarələrinin rəhbərləri Dağlıq Qarabağda vəziyyətin sabitləşməsi və Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsi yollarını müzakirə ediblər", - hərbi idarədə bildiriblər.

Qeyd olunub ki, tərəflər sülhməramlı əməliyyatın gedişi və onun keçirildiyi zonada humanitar vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun