Türkiyə və Ermənistan xarici işlər nazirləri arasında görüş olub

Türkiyə və Ermənistan xarici işlər nazirləri arasında görüş olub
12 Mart 2022
Mətni dəyiş

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Bundan başqa A.Mirzoyan Türkiyənin Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla da görüşüb. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Ermənistan arasında diplomatik mübasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Hər iki ölkə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparmaq üçün elçilər təyin edib. Elçilər bir dəfə Moskvada görüşüblər. Onlar görüşün müsbət keçdiyini bildiriblər. Türkiyə Antalyada keçirilən diplomatiya forumuna Ermənistanı da dəvət edib. Ermənistanı forumda ölkənin xarici işlər naziri Ararat Mirzoyan təmsil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun