Ukraynanın iki şəhərində atəşkəs elan edilib, humanitar dəhliz yaradılır

Ukraynanın iki şəhərində atəşkəs elan edilib, humanitar dəhliz yaradılır
5 Mart 2022
Mətni dəyiş

Martın üçündə keçirilən danışıqların nəticəsi olaraq Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin təxliyəsi üçün humanitar dəhliz yaradılır.  Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. Bildirilib ki, qeyd olunan hər iki şəhərdə müvəqqəti atəşkəs elan olunub.

Mariupol şəhərinin meri Vadim Boyçenko da məlumatı təsdiqləyib.

Bildirilib ki, bu addım şəhərin mühüm infrastrukturunun - elektrik enerjisi, su və mobil rabitənin bərpasına başlamağa imkan verəcək. Həmçinin Mariupolu zəruri ərzaq və dərmanlarla təmin etmək mümkün olacaq.

Əhalinin təxliyəsi üç məntəqə üzrə bələdiyyə avtobusları ilə həyata keçiriləcək. Danışıqların isə üçüncü raundda davam etdirilməsi planlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun