Zelenski öldürülən amerikalı jurnalistin ailəsinə məktub yazıb

Zelenski öldürülən amerikalı jurnalistin ailəsinə məktub yazıb
15 Mart 2022
Mətni dəyiş

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın İrpin şərəhində Rusiya ordusunun hücumu nəticəsində həyatını itirən amerikalı jurnalist Brent Renaudun ailəsinə məktub yazıb. 

"Rusiyanın vəhşiliyini və Ukrayna xalqına etdiyi pisliyi sənədləşdirərkən həlak olan Renaudun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Qoy Renaudun həyatı və fədakarlığı dünyanın işıqlı qüvvələrini qaranlıq qüvvələrinə qarşı döyüşdə sinə gərməyə ruhlandırsın.

Brent Renaudun ölümünə görə sizə baş sağlığı verirəm. Renaud böyük cəsarət və fədakarlıq göstərərək təcavüzkarların ölkəmizə qarşı vəhşiliyini çəkmək üçün ən qaynar döyüş bölgələrində olub", - deyə məktubda qeyd olunub.

51 yaşındakı jurnalist və kinorejisor Brent Renaud martın 13-də Rusiya əsgərlərinin atəş açması nəticəsində həyatını itirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun