ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıdadır

ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıdadır
25 Aprel 2022
Mətni dəyiş

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Azərbaycanda səfərdədir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi tviterdə məlumat yayıb.

"24-29 Aprel tarixlərində Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi salamlayırıq. ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir", - paylaşımda deyilir. Diplomat bundan əvvəl digər bölgələrə də səfər edib. Onun Qarabağ danışıqlarında da fəal iştirak edəcəyi ehtimal olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun