ABŞ-ın Cənubi Qafqazdakı səfirləri Bakıda görüş keçiriblər

ABŞ-ın Cənubi Qafqazdakı səfirləri Bakıda görüş keçiriblər
28 Aprel 2022
Mətni dəyiş

Aprelin 28-də Bakıda ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin görüşü keçirilib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama yayıb. Məlumata görə, səfirlər Li Litzenberger (Azərbaycan), Kelli Deqnan (Gürcüstan) və Linn Treysi (Ermənistan), dövlət katibinin köməkçisinin müavini Erik Olson, Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şofer, Avropa və Avrasiyaya yardım üzrə koordinator Qreq Naarden Amerika diplomatik missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər.

Məlumatda deyilir ki, Yerevan, Bakı və Tbilisi əvvəllər də bu kimi tədbirlərə ev sahibliyi ediblər. Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar.

"Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq", - ABŞ səfirliyinin açıqlamasında deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun