Azərbaycan Demokratiya və Rifah Partiyası: 'Rusiya ordusu sülhməramlı ola bilməz'

Azərbaycan Demokratiya və Rifah Partiyası: 'Rusiya ordusu sülhməramlı ola bilməz'
6 Aprel 2022
Mətni dəyiş

Azərbaycan Demokratiya və Rifah  Partiyası aprelin 12-də saat 15:00-dan 16:00-dək Rusiyanın Bakıdakı səfirliyinin binası qarşısında piket keçirəcəyini açıqlayıb.  keçirəcək. 

Aksiya "Ukraynada müharibəni dayandırın!", "Müharibə cinayətlərinə son qoyun!", "Buçada və Ukraynanın digər ərazilərində dinc əhalinin kütləvi qətlini törədən rus ordusu sülhməramlı ola bilməz!", "Rus ordusu Qarabağdan çıxsın!" şüarları ilə keçiriləcək.

Piket keçiriləcəyilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq bildiriş göndərilib.

Azərbaycan Demokratiya və Rifah  Partiyası 2015-ci ildə hərəkat kimi yaradılıb. Ötən il təşkilat partiyaya transformasiya olunub. Ona iqtisadçı alim Qubad İbadoğlu rəhbərlik edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun