Azərbaycan və Ermənistan XİN başçıları arasında vasitəçisiz telefon danışığı olub

Azərbaycan və Ermənistan XİN başçıları arasında vasitəçisiz telefon danışığı olub
12 Aprel 2022
Mətni dəyiş

Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Martın 6-da Brüsseldə Avropa Şurası Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla həm birlikdə, həm də ayrı-ayrılıqda görüşüb.

Mişel bildirib ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan ölkələr arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzularını bəyan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun