Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşü olub, Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq

Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşü olub, Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq
20 Aprel 2022
Mətni dəyiş

Aprelin 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.

Tərəflər iki ölkə arasında olan iqtisadi və siyasi münasibətləri, eyni zamanda digər məsələləri müzakirə ediblər.

Prezidenti Əliyev çıxışı zamanı bildirib ki, iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq.

"Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq", - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycandakı səfər proqramı davam edir. İki ölkənin hökumət nümayəndələri müxtəlif görüşlər keçirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun