Lavrov Mirzoyanla sülh müqaviləsinin perspektivlərini müzakirə edib

Lavrov Mirzoyanla sülh müqaviləsinin perspektivlərini müzakirə edib
15 Aprel 2022
Mətni dəyiş
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, Lavrov Mirzoyanla Rusiyanın yardımı ilə Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərini müzakirə edib. “İkitərəfli və regional gündəliyin aktual məsələləri müzakirə edilib. Ermənistanın baş naziri Nikolay Paşinyanın aprelin 19-20-də Rusiyaya rəsmi səfərinin hazırlığına, o cümlədən ikitərəfli sənədlər paketinin imzalanmasına xüsusi diqqət yetirilib. Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıblar, regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistanın sərhədlərinin delimitasiyası üzrə gələcək addımlara vurğu edilib. Rusiyanın yardımı ilə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərinə də toxunulub”, - Rusiya XİN-nin məlumatında qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun