Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etmək üçün 17 layihə təqdim edib

Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etmək üçün 17 layihə təqdim edib
27 Aprel 2022
Mətni dəyiş

Azərbaycan hökuməti azad edilmiş ərazilərdə - Şərqi Zəngəzur və Qarabağda həyata keçirilməsi üçün Rusiya şirkətlərinin təqdim etdiyi 17 layihəyə baxır.

Bu barədə çərşənbə axşamı baş nazirin müavini Şahin Mustafayev Bakıda iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın növbəti iclasında bildirib.

O, bunların hansı layihələr olduğunu və hansı şirkətlərin öz təkliflərini verdiyini dəqiqləşdirməyib.

Bundan öncə Rusiya tərəfi bildirib ki, nəqliyyat, infrastruktur layihələrinin reallaşmasında, eləcə də kənd təsərrüfatı sahəsində iştiraka hazırdır.

Azərbaycan prezidenti İlham Əliyev də çıxışlarında müxtəlif ölkələri Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə investisiya qoymağa çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun