Ərdoğan Ermənistan və Azərbaycanın “problemləri həll etmək” səylərini alqışlayır

Ərdoğan Ermənistan və Azərbaycanın “problemləri həll etmək” səylərini alqışlayır
30 May 2022
Mətni dəyiş
“Qarabağdakı qələbə Qafqazda yeni eranın başlanğıcını qoydu, regionda davamlı sülh və hərtərəfli nizamlanma yolunda maneələri aradan qaldırdı”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Azərbaycan və Ermənistanın problemlərin həlli istiqamətində atdığı addımlardan məmnunluğunu ifadə edib. “Türkiyə tərəflərin sərhəd məsələlərinin həlli, sülh sazişinin hazırlanması və nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyir. Bu səylərin uğurla həyata keçirilməsi hamımızın, bütün bölgəmizin xeyrinə olacaq”, - Ərdoğan vurğulayıb. Türkiyə lideri mayın 24-də Ermənistanla Azərbaycan arasında dövlətlərarası sərhəddə keçirilən sərhəd komissiyalarının ilk iclasının sevindirici olduğunu, Zəngəzur dəhlizi məsələsində irəliləyişin əldə olunduğunu bildirib. “Biz Ermənistanla münasibətlərin normallaşdırılması prosesini də səmimiyyətlə davam etdiririk. Biz regional təhlükəsizlik və tərəqqi naminə Azərbaycanla həmrəyliyimizi gücləndirməyə davam edəcəyik”, - deyə Ərdoğan bildirib. Ermənistan bəyan edir ki, regionda açılan bütün yollar keçdiyi ölkələrin suverenliyi altında qalmalıdır. Bunu, xüsusən də bu yaxınlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan nəqliyyat əlaqələrinin açılmasına dair Ermənistan-Azərbaycan razılaşmalarından danışarkən deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun