Dövlət Departamenti: 'Rusiyanın Azərbaycanda biolaboratoriyalarla bağlı bəyanatları yalandır'

Dövlət Departamenti: 'Rusiyanın Azərbaycanda biolaboratoriyalarla bağlı bəyanatları yalandır'
10 May 2022
Mətni dəyiş
Vaşinqton Rusiyanın Qərbin Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə gizli bioloji tədqiqat laboratoriyaları yaratması ilə bağlı Rusiyanın iddialarını təkzib edib. "Biz bilirik ki, bu, yalandır",- Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə deyib. "Biz kimyəvi silah və bioloji silah üzrə konvensiyalarla bağlı öz mövqeyimizi çox dəqiq müəyyənləşdirmişik. Ukrayna və digər ölkələrin də mövqeyi belədir, amma bunu Rusiya haqda demək olmaz",-Prays deyib. Şənbə günü Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə guya xaricdən maliyyələşdirilən bioloji tədqiqat laboratoriyalarının olması ilə bağlı Moskvanın iddialarını təkzib edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun