Yerevan Azərbaycanın 5 bəndlik təklifinə 6 bəndlik cavabını açıqlayıb

Yerevan Azərbaycanın 5 bəndlik təklifinə 6 bəndlik cavabını açıqlayıb
17 May 2022
Mətni dəyiş
Ermənistan tərəfi sülh danışıqlarının başlaması üçün vacib məqamları açıqlayıb və Yerevan Azərbaycan tərəfinin təqdim etdiyi beş bəndlik təklifə cavab verib. Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan  Ermənistan İctimai Televiziyasının efirində rus dilində tərtib olunmuş sənədin altı bəndini təqdim edib. Rəsminin sözlərinə görə, sənədin birinci bəndində Ermənistan tərəfinin martın 21-də Azərbaycan tərəfdən aldığı məktubu cavablandırdığı bildirilir. Marukyanın sözlərinə görə, ikinci bənddə qeyd olunur ki, Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiası olmayıb və yoxdur. “Yadınızdadırsa, Azərbaycan orada deyir ki, bizə qarşı ərazi iddialarınız olmamalıdır. Biz deyirik: bizim sizə qarşı heç bir ərazi iddiamız olmayıb. Və əvvəldən bütün Ermənistan hakimiyyəti həmişə bəyan edib ki, bizim heç bir ərazi iddiamız yoxdur. Üstəlik, burada deyilir ki, 1991-ci il dekabrın 8-də Azərbaycanla MDB-nin yaradılması haqqında müqavilə imzalayan Ermənistan 1992-ci il fevralın 18-də bu müqaviləni ratifikasiya edib. Yəni, imzalanan zaman biz bu struktura qoşulmaqla bir-birimizin ərazi bütövlüyünü və sərhədlərini qarşılıqlı olaraq tanımışıq”, - deyə Marukyan bildirib. Xüsusi tapşırıqlar üzrə səfirin sözlərinə görə, üçüncü bənddə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi məsələsi vurğulanır. “Ermənistan tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, o cümlədən Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi əsas məsələdir”, - deyə rəsmi qeyd edib. Dördüncü bənddə Ermənistan tərəfi müharibədən sonra imzalanmış üçtərəfli bəyanatlarda qeyd olunan öhdəliklərin yerinə yetirilməsini, xüsusən də hərbi əsirlərin qaytarılması, regionun blokadadan çıxarılmasını vacib sayır. “Ermənistan tərəfi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış öhdəlikləri mühüm hesab edir. . Bura xüsusən də hələ başa çatmamış hərbi əsirlərin qaytarılması, Azərbaycanın gecikdirdiyi kommunikasiyaların açılması daxildir”, - deyə Xüsusi tapşırıqlar üzrə səfir bildirib. Artıq beşinci bənddə Marukyanın sözlərinə görə, Ermənistan tərəfi BMT Nizamnaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, dövlətlərarası münasibətlərin qurulması və Helsinki Yekun Aktı üzrə danışıqlara başlamağa hazır olduğunu bildirir. “Bunlar əvvəllər mövcud olan əsas prinsiplərdir. Yəni, burada xalqların öz müqəddəratını təyin etmək hüququ və digər mühüm hüquq və azadlıqlar təsbit olunub”, - deyə səfir vurğulayıb. Sənədin sonuncu, altıncı bəndində Ermənistan tərəfi danışıqları təşkil etmək üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etdiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun