25 İyun 2022
Mətni dəyiş
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Xəzər İbrahim Prezident Cozef Baydenlə görüşüb.
Bu barədə səfir tviter hesabında yazıb. "Təşəkkür edirəm Cənab Prezident", - Xəzər İbrahim sosial şəbəkə hesabında qeyd edib.
Diplomat görüşün təfərrüatlarını açıqlamayıb.
Bundan əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdə olub və prezidentin köməkçisi də daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüş keçirib. Bununla bərabər ABŞ dövlət katibinin köməkçisi və ABŞ-ın digər vəzifəli şəxsləri Bakıya səfər ediblər.
Son aylarda ABŞ və Azərbaycan rəsmilərinin təmasları intensivləşib.