16 İyun 2022
Mətni dəyiş
II Qarabağ müharibəsi əlili Maşallah Gülağa oğlu Manafovun özünü asdığı deyilir.
Yaxınları hadisənin iyunun 16-da qazinin Sabirabad Rayon İcra Hakimiyyətinin binasından çıxdıqdan sonra baş verdiyini qeyd ediblər.
Sabirabad Rayon İcra Hakimiyyətindən M.Manafovun özünü asdığını təsdiləyiblər.
Amma Maşallah Manafovun Cavadkənd kəndində intihar etdiyi əlavə edilib.
Adının çəkilməsini istəməyən icra hakimiyyəti rəsmisi 1986-cı il təvəllüdlü Maşallah Manafovun borclu olması səbəbindən intihara əl atdığını bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.