ABŞ Bakı və İrəvanı hərtərəfli sülh sazişi bağlamağa çağırır

ABŞ Bakı və İrəvanı hərtərəfli sülh sazişi bağlamağa çağırır
31 Avqust 2022
Mətni dəyiş

"Birləşmiş Ştatlar Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalır".

Turan agentliyinin məlumatına görə, su sözləri çərşənbə axşamı Dövlət Departamentinin sözçüsü bildirib.

Dövlət Departamentinin sözçünün müavini Vedant Patel brifinq zamanı Əliyev və Paşinyan arasında Brüsseldə keçiriləcək görüşdən gözləntilərlə bağlı agentliyin sualını cavablandırarkən deyib: “Biz Ermənistan və Azərbaycanı diplomatik əlaqələri fəallaşdırmağa və hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq”.

Ermənistan və Azərbaycan liderləri bu gün Avropa İttifaqının paytaxtında Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə danışıqlar aparmaq üçün görüşəcəklər.

Vaşinqton Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün həmfikir tərəfdaşlarla ikitərəfli əməkdaşlıq edərək Brüssel prosesini dəstəklədiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun