ABŞ-dan Minsk qrupuna yeni həmsədr təyin edilib

ABŞ-dan Minsk qrupuna yeni həmsədr təyin edilib
25 Avqust 2022
Mətni dəyiş

ABŞ Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi və ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edib.

Bundan sonra səfir Filip Riker Cənubi Qafqazda münaqişələrin həllində Vaşinqtonun aparıcı sözçüsü olacaq.

Dövlət katibi Antoni Blinkenin adından yayılmış bəyanatda deyilir ki, səfir Riker ATƏT-in Minsk Qrupunun həmsədri və bu kritik dönəmdə Beynəlxalq Cenevrə müzakirələrində ABŞ nümayəndə heyətinin əsas təmsilçisi kimi xidmət göstərəcək.

Bundan  əvvəl Riket ABŞ-ın Londondakı səfirliyində müvəqqəti işlər vəkili olub.

2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər Riker dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.

Bundan əvvəl o, ABŞ-ın Almaniyadakı Avropa Komandanlığı komandanının siyasi müşaviri, Milanda baş konsul, dövlət katibinin Balkanlar üzrə köməkçisinin müavini olub.

2008-2011-ci illərdə ABŞ-ın Şimali Makedoniyadakı səfiri olub.

Riker bu ilin iyununda Minsk Qrupunun yeni təyin edilmiş amerikalı həmsədri  Laura Oklanı əvəz edəcək.

Toplum TV

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun