Liderlərin Brüssel görüşü başlayıb

Liderlərin Brüssel görüşü başlayıb
31 Avqust 2022
Mətni dəyiş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir.

Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Liderlər arasında sonuncu görüş bu il aprelin 6-da Brüsseldə baş tutub.

Ancaq görüşdən sonrakı müddətdə regionda hərbi gərginlik artıb. Sonuncu hərbi gərginlikdən sonra Ermənistan tərəfi atəşkəs saizişdən irəli gələn addımların atılmasına başlayıb.

Avqustun 26-da La
çın şəhəri və bu istiqamətdə olan kəndlər Azərbaycana tam şəkildə təhvil verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun