Çörək bahalaşır?

Çörək bahalaşır?
29 İyul 2016
Mətni dəyiş
İyulun 30-dan respublikamızda çörəyin qiymətinin artacağı bildirilir.
Məlimatlara görə, bu barədə razılıq respublikada çörək istehsalı ilə məşğul olan iş adamlarının 28 iyulda keçirilən toplantısında qəbul edilib.
Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir - deyə modern.az saytı xəbər yayıb.
Qiymət artımının devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir.
Buna da bax: “Çörəyin qiymətinin stabil qalması üçün...”
Turan İnformasiya Agentliyinin məlumatına görə isə, bu gündən etibarən bir kisə unun qiyməti 1-2 manat bahalaşıb. Bu barədə agentliyə “Nur” zavodunun – iri çörək-bulka məmulatları istehsalçısının adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.
Öz növbəsində, “Baker” çörək istehsalı zavodunun nümayəndəsi bildirib ki, unun bahalaşması haqqında məlumatı yoxdur. 1 nömrəli çörək zavodundan isə qiymətlərin bahalaşdığını İnternetdən öyrəndiklərini deyiblər. Onların zavodunun məhsulları hələki bahalaşmayıb.
Ekspertlər qeyd edirlər ki, bahalaşma bir müddət əvvəl elektrik enerjisi qiymətlərinin bahalaşması ilə bağlı olub, bu, zəncirvari reaksiya verib və tədricən müxtəlif sahələrdə özünü göstərir. Beləliklə, iqtisadçılar hesab edirlər ki, yaxın günlərdə standart çörəyin qiyməti 20-30% bahalaşacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun