"Çörəyin qiymətinin aşağı olması üçün, gömrük rüsumları aşağı salınmalıdır"

"Çörəyin qiymətinin aşağı olması üçün, gömrük rüsumları aşağı salınmalıdır"
29 İyul 2016
Mətni dəyiş
İyulun 30-dan ölkədə çörəyin qiymətinin artacağı deyilir. Məsələ ilə bağlı aznews.az saytına münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, çörəyin qiymətində müşahidə olunan artımı normal haldır:
"İstehlak zəminində 36-dan çox malın hər birinin qiymətinin bahalaşdığı halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları 9 mərtəbəli binada oturub tək zavod çörəyinin 10 qəpik bahalaşmaması üçün mübarizə aparır. Bu, səhv siyasətdir".
eyyub hüseynovEkspert, çörəyin qiyməti dövlət tərəfindən tənzimlənməyən məhsul olduğunu və istəyən istehsalçının onu istədiyi qiymətə sata biləcəyini deyir:
"Ancaq sözügedən qurum bazar iqtisadiyyatına düz gəlməyən bir siyasət aparır. Çörəyin qiymətinin aşağı düşməsini istəyirlərsə, gömrük rüsumlarını aşağı salmalıdırlar, azad və liberal bazar şəraiti yaratmalıdırlar. Belə olarsa bolluq olar, qiymətlər aşağı düşər. Onsuz da çörəyin qiymətinin bu şəkildə qalması liberal bazar siyasətinə ziddir. Dövlət qiyməti aşağı salmaq üçün ayrı tədbirlər görməlidir”.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun