AXCP fəalı həbs olunub

AXCP fəalı həbs olunub
7 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şöbəsinin fəalı Vüsal Zeynalov saxlanılıb. Fəal Ağstafa rayonunda qeydiyyatdadır və orada olarkən saxlanılıb.
Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Turan-a bildirib.
Onun sözlərinə görə, V.Zeynalov polisə müqavimət ittihamı əsasında Ağstafa rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 20 sutka həbs edilib.
AXCP Vüsal Zeynalovun həbsinin sosial şəbəkələrdə tənqidi statusları ilə bağlı olduğunu güman edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun