Bizim insan zəkası haqqındakı təsəvvürümüz yanlışdır

Bizim insan zəkası haqqındakı təsəvvürümüz yanlışdır
27 Noyabr 2016
Mətni dəyiş
Biz özümü, zəkamızın dərinliyinə görə başqa canlılarla müqayisə olunmayacaq qədər güclü sayırıq. BBC Future-in icmalçısı heyvanlardan nə dərəcədə ağıllı olduğumuzu araşdırmağa çalışıb.
Avstraliyanın Brisben qalereyasının qarşısında toplaşan ziyarətçilər qətiyyən incəsənət aşiqlərinə bənzəmirlər. Onlar əvvəllər heç bir rəsm əsəri də görməyiblər.
Özündə bədii zövqü inkişaf etdirmək üçün onlara kiçik bir məşq bəs etdi.
Diqqət etdikcə onların, Picasso-nun həndəsi formaları və Monet-in romantik-tutqun peyzajlarına üstünlük verdiyini görmək mümkün idi.
Heç təəccüblü deyil ki, istedad onlarda səs-küy yaratmadı, çünki onların beyni sancaq başlığı qədər kiçikdir. Bu sənət tənqidçiləri bal arıları idi. Onlara iki rəssamın əsərləri arxasına qoyulmuş şirinlikləri tapmaq öyrədilib.
Sən demə, rəsm tərzini tanımaq arıların bacardığı tək şey deyil.
Bal arıları dördə qədər sayır, çətin işarələri anlayır, izləyərək səmərəli məlumatı əldə etməyi bacarır və bir-birləri ilə gizli kod (məşhur "yellənmə rəqsi") əsasında ünsiyyət qura bilirlər.
Onlar qida axtarma prosesində müxtəlif güllərə qədər olan məsafəni hesablayır və daha az güc sərf edərək daha çox nektar toplamaq üçün marşrutu gözdən keçirməyi bacarırlar.
İnsanda 100 milyarda yaxın neyron mövcuddur və elə də böyük olmaya bədənimizlə müqayisədə, beynimiz çox böyükdür.)İnsanda 100 milyarda yaxın neyron mövcuddur və elə də böyük olmayan bədənimizlə müqayisədə, beynimiz çox böyükdür.
Bundan əlavə, pətəkdə hər arının öz vəzifəsi var. Onlar, ölü arıları pətəkdən çıxararaq təmizliyə önəm verir və hətta, isti olarsa, su səpərək hərarətə nəzarət edirlər
İnsan beynində arı beynindəkindən təxminən 100 min dəfə çox neyron mövcuddur. Bizim arılarda istedad kimi qiymətləndirdiyimiz bacarıqlar, onların sosial həyatında elementar bir haldır.
Bəs kəlləmizin içindəki beyinin mənası nədir? Və bu, hansı yolla bizə digər canlılardan fərqli olmaqda kömək edir?.
Böyük beyin - artıq yer israfı?
Qidadan aldığımız enerjinin təxminən beşdə bir hissəsini orqanizm, 100 milyardlarla kiçik boz hüceyrələr arasında elektrik impulslarının ötürülməsinə sərf edir.
Əgər böyük beyin bizə heç bir fayda verməsəydi, bu proses qətiyyən rasional görünməzdi. Bunun da bir faydası var, əslində. Hər bir halda böyük beyin bizə effektiv funksionallıq bəxş edir.
Məsələn, bal arısı onu əhatələyən vəziyyətə nəzər yetirdikdə o, hər şeyi bir-bir görür, halbuki, daha güclü inkişaf etmiş intellektə malik böyük heyvanlar bütün mənzərəni görə bilirlər.
Başqa sözlə, biz eyni anda bir neçə tapşırığı yerinə yetirməyi bacarırıq.
Böyük beyin bizə həm də, daha çox məlumatı yadda saxlamaq imkanı verir. Bal arısı isə qida əldə etmək üçün gördüyü yalnız bir neçə şeyi yadda saxlaya bilər. Daha artığı onu çaşdırar.
Göyərçin isə 1800-dən çox görüntünü beyninə həkk edə bilər, baxmayaraq ki, bu, insan yaddaşı ilə müqayisədə çox azdır.
Müqayisə üçün yaddaş üzrə yarışların qaliblərini göstərə bilərik. Onlar Pi ardıcıllığından sonra belə, minlərlə işarəni yadda saxlayırlar.
Demək, biz yaxşı yaddaşa malikik. Daha nə?
Darvin deyirdi ki, bütün bu fərqlər "növ yox, mərhələ fərqidir" və bu fikir bir çoxlarının xoşuna gəlmir.
İnsan sivilizasiyasına və uğurlarına nəzər salsaq, məntiqli olaraq təklif etmək olar ki, biz, başqa canlılarla nisbətdə xüsusi bacarıqlara sahibik.
Bizə həmişə mədəniyyət, texnologiya, fədakarlıq və bir çox digər xüsusiyyətlərin insan zəkasının böyüklüyünə işarə olması aşılanıb. Lakin, dərinliyə vardıqca, siyahı azalır.
Qarğalar yüksək koqnitiv (idrak) inkişafına görə tanınırSağsağan yüksək koqnitiv (idrak) inkişafına görə tanınır
Misal üçün, artıq uzun zamandır bəllidir ki, makakalar daşdan qoz sındırmaq üçün istifadə edirlər. Yeni Kaledoniya quzğunları isə qida əldə etmək üçün sınmış çubuqlardan qarmaqlar düzəldirlər. Hər iki məqam əmək alətlərinin istifadəsinin rudimentar formasıdır.
Hətta, onurğasızlar da geri qalmırlar. Məsələn, qısaqollu osminoqlara kokos qabıqları daşıyarkən rast gəlinib. Yəqin ki, sığınacaq kimi istifadə etmək üçün toplayıblar.
Zambiyada bir şimpanzeni heç bir bəlli səbəb olmadan qulağının arxasında ot keçirmiş vəziyyətdə görüblər. Çox güman ki, o, bunu gözəl kimi qiymətləndirməyi bacarıb.
Tez bir zamanda onun dəstəsindəki başqa şimpanzelər də bu "tərzə" uyğunlaşıblar. Alimlər, özünü bəzəmək niyyətini mədəni özünüifadə kimi qiymətləndirirlər.
Bundan başqa, canlıların əksəriyyəti, anadangəlmə ədalət hissinə malikdirlər və hətta, başqalarına acımağı da bacarırlar.
Bu, onların geniş hiss spektrinə malik olduğunu sübut edə bilər.
Yaxınlarda, bir qozbel balinanın suitini qatil balinadan xilas etdiyi müşahidə olunub. Bu, bir daha sübut edir ki, biz fədakarlıq xüsusiyyətinə malik yeganə canlılar deyilik.
Bəs şüurlu düşüncə necə?
Ola bilsin ki, bu halda "mənliyini" anlamaq heyvanın özünü fərd kimi qəbul etmək bacarığıdır. Məhz özünüqavrama bacarığı şüurun rudimentar formasıdır.
Bizi unikal edə biləcək müxtəlif keyfiyyətlərdən mənini qavrama, ölçülməsi ən çətin olan anlayışdır.
Bu mövzu üzrə ən yayılmış təcrübələrdən biri belədir - heyvanın bədəninin bir hissəsinə rəng çəkilir və qarşısına güzgü qoyulur. Əgər heyvan ləkəni ayırd edib silmək istəyirsə, demək olar ki, o öz əksini gördüyünü anlayır və özü haqqında hansısa təsəvvürə malikdir.
Adamda bu qabiliyyət yaşyarımlıq olarkən yaranır və demək ki, biz yenə tək deyilik.
Bonobolar, şimpanzelər, oranqutanqlar, qorillalar, qarğalar, delfinlər və balinalar da "mən" anlayışına malik olduqlarını göstərirlər.
Fillər öz əkslərini tanıyırlarFillər öz əkslərini tanıyırlar
Demək ki biz bir elə də xüsusi deyilik?
Əslində cavab verməkdə tələsməməliyik. Bəzi əqli bacarıqlar yalnız bizə aid ola bilər və bunu göstərməyin ən yaxşı yolu şam yeməyi arxasında ailə söhbətinizə nəzər salmaqdır.
Biz danışmağı bacarırıq. Günboyu bizi müşayiət edən fikir və hisslərdən asılı olmayaraq, doğmalarımıza yaşadıqlarımızı təsvir edə bilirik.
Digər heç bir canlı bu qədər sərbəst münasibət qura bilmir.
Arılar yellənmə rəqsi sayəsində bir-birlərinə çiçəkliyin harada yerləşdiyini izah edə və ya təhlükəli həşərat olması xəbərini çatdıra bilər. Lakin, onlar, gün ərzində başlarına gələni danışa bilməzlər: onların "leksikonu" baş verənlər haqqında cəmi bir neçə faktı çatdırmağa bəs edir.
İnsan nitqi üçün bənzəri məhdudiyyətlər mövcud deyil. Biz sonsuz sayda olan söz birləşmələrindən istifadə edərək ən dərin hisslərimizi bəyan edə və ya fizik qanunları yarada bilərik.
Hətta, uyğun termin tapmasaq belə, yenisini yaratmaq gücünə sahibik.
Ən maraqlısı isə söhbətlərimizdə təkcə indiki zamandan deyil, keçmiş və gələcəkdən də danışa bilirik. Bu bizim fərqimizi göstərən daha bir xüsusiyyətdir.
Biz insanın digər canlılardan daha böyük yaddaşa malik odluğunu qeyd etdik. Buna semantik yaddaş deyilir. Lakin, bizdə "epizodik" yaddaşa da rast gəlinə bilər. Nəticədə biz, keçmişdə baş verən hadisələrin təfərrüatı ilə yada sala bilirik.
Fransanın paytaxtının Paris olması biliyi ilə Louvre muzeyindəki ilk ekskursiyamızda görüb və eşitdiklərimiz arasında böyük fərq var.
Ən vacibi isə keçmişi yada salmaq bacarığımız bizə gələcəyə nəzər salmaqda kömək edir. Yəni, başımıza gələnlər bizə gələcək haqqında proqnoz vermək təcrübəsi qazandırır.
Siz, keçmiş tətillərinizə əsasən, gələcək tətilinizi təsəvvür edə bilirsiniz. Bu, sizə növbəti səyahətinizdə hansı otellər və yeməkləri bəyəndiyinizi və haraları görmək istədiyinizi seçməkdə yardımçı olur.
Arılar
Arılar üçün ancaq indiki hal mövcuddur - onlar üçün keçmiş və gələcək anlayışı yoxdur
Amma heç bir heyvanda bu növ gələcəyi planlama kimi qəliz şəxsi yaddaş görülməyib.
Hətta öz sadə olmayan sosial təşkilatçılığı ilə fərqlənən arılar da, çox güman ki, yalnız cari hadisələrə reaksiya verə bilirlər. Onların şüuru növbəti çiçəyə uçmaq və yadların hücumundan qorunmaq ilə məhdudlaşır.
Çətin ki, onlarda xatirələr formalaşsın.
Həm nitq, həm də fikirdə "zamanlara səyahət" bizə hiss və ümidlərimizi başqa adamlarla bölməyə, hər nəsillə daha da təkmilləşən bilik şəbəkələri qurmağa imkan verir.
Elmi, memarlığı, texnologiyanı, ədəbiyyatı - bir sözlə, bizə bu məqaləni oxuyub başa düşmək imkanı verən bacarıq da daxil olmaqla heç bir şeyi bunsuz təsəvvür etmək mümkün deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun