Azərbaycanlı hüquq müdafiəçiləri İnsan hüquqları günündə basqılarla üzləşən fəalların vəziyyətini diqqət mərkəzinə çəkən yeni layihə ilə çıxış ediblər.
"Demokratiya naminə incəsənət" kampaniya qrupunun Məsafə (Distance) layihəsi Azərbaycanda fəaliyyətilə bağlı repressiyalara məruz qalan, həbs olunmuş şəxslər və onların ailə üzvlərinin şəkillərini çəkərək bir araya gətirib, layihə müəlliflərindən Cahangir Yusif BBC Azərbaycancaya bildirib.
"Məsafə" avtoritar, qapalı cəmiyyətlə azad, sivil cəmiyyət arasındakı mübarizəni ifadə edir. Bu mübarizəni aparan, siyasi kimliklərindən və vətəndaş məsuliyyətlərindən imtina etməmiş insanların yaşadıqları prosesi göstərir. Bu ağır prosesdə siyasi məhbuslar və onların uğrunda mübarizə apardıqları ideyalar arasındakı məsafəni, öz doğmaları ilə üzləşdikləri repressiyalardan dolayı yaşadıqları məsafəni təmsil edir".
Layihənin rəhbəri 2014-cü ilin avqustunda həbs edilmiş hüquq müdafiəçisi Rəsul Cəfərovdur. O, 2016-cı ildə azadlığa çıxandan sonra layihə üzərində işləməyə başlayıb.
Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını bildirir və insan haqlarının pozulması ilə bağlı tənqidləri qərəzli adlandırır.
İnsan hüquqları günü BMT Baş Məclisinin qərarı ilə 1948-ci ildə təsis olunub və 1950-ci ildən bəri qeyd edilməkdədir.
Zaur Qurbanlı (Həyat yoldaşı Günel Əlisgəndərli ilə), N!DA Vətəndaş Hərəkatının üzvü, 1.9 il həbsdə olub.
N!DA Vətəndaş Hərəkatının keçmiş üzvü Uzeyir Məmmədli 1.9 il həbsxanada olub.
Nurcahan Əbilova (Ana və Ramin Əhədov), həbsdəki bloqqer, N!DA Vətəndaş Hərəkatının üzvü Əbdül Əbilovun anası və qardaşı, 22 noyabr 2013-cü ildən həbsdədir.
Atlas Rüstəmzadə (ana), Türkan Rüstəmzadə (bacı), Bəkir Rüstəmzadə (ata), N!DA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə 17 may 2013-dən həbsdədir.
Hüquq müdafiəçisi Anar Məmmədli, 2.3 il həbsdə olub.
6 ay həbsxanada olmuş Müsavat partiyasının gənc aktivisti Nigar Yaqublu və atası Tofiq Yaqublu. Tofiq Yaqublu İsmayıllı hadisələrindən sonra saxta ittihamla 3.2 il həbs edilmişdi
Yadigar Sadıqov, Müsavat partiyasının sədr müavini, 2.9 il həbsdə olub.
Həbsdə olan bloqqer Rəşad Ramazanovun ailəsi- oğlu Aslan, qızı Zəhra
N!DA Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundov "Əsgər ölümlərinə YOX" aksiyalarından sonra həbs edilmişdir. Axundov 3 il həbsdə olub
Keçmiş N!DA üzvü Ömər Məmmədov 2.2 il həbsdə qalıb.
Sirac Kərimli, Müsavat partiyasının üzvü, 1.9 il həbsdə olub.
Azərbaycan hakimiyyətinin korrupsiya və ədalətsizliyi haqda silsilə yazılar yazan jurnalist, TV aparıcı Seymur Həzinin atası - Məşğul Həzi.
Heydər Əliyevin heykəlinə qraffiti çəkdikdən sonra həbs edilən N!DA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun anası Şura Əmiraslanova