İdeologiya nədir?

İdeologiya nədir?
28 İyul 2016
Mətni dəyiş
İdeologiya- siyasi və ya kütləvi birlik əmələ gətirən, bir hökümətin, siyasi partiyanın, kütləvi cəmiyyət siniflərinin davranışlarına istiqamət verən politik, elmi, fəlsəfi, dini, əxlaqı, estetik fikirlərdir.
Ən bəsid dillə desək, ideologiyalar içərisində Marksistlər daha önəmli bir toplumdurlar.  Marx, Lenin, Gramsci, Lukacs, Frankfurt məktəbi, Althusser kimi ideoloqların bu sahədə çalışmaları olmuşdur.
Bundan əlavə, ideologiya ilə maraqlanan digər filosoflar da marksizimlə qarşılıqlı olaraq çalışıblar.
İdéologie sözü Fransız intibahı dövründə Antoine Destutt de Tracy tərəfindən ilk dəfə istifadə olunub və ilk dəfə ictimaiyyətə 1796-cı ildə çıxıb. Tracy-yə görə ideologie kəlməsi yeni bir "fikri elmi" deməkdir.
Hər araşdırmanın təməli fikir olduğu üçün Tracy ideologiyanı elm növlərinin ən önəmlisi olduğunu irəli sürdü. Lakin, onun böyük ümidlərinə rəğmən bu terminin doğru anlamı gerçəkdə istifadə olunan formasına çox az təsir edib.
İdeologiya, şüuraltının ortaq olan növünün nə olduğunu açıqlayan qavramdır.
Diqqət edilməsi lazım olan nöqtə ideologiya ilə ideologiyaları bir-birinə qarışdırmamaqdır. İdeologiya bəlli bir fikir formunu və ya fikir formasını göstərir. ideologiyalar isə bəlirli bir anlamda bir araya toplanmış və müxtəlif kütləvi qrupların özlərini ifadə etmək üçün oluşdurduqları fikir\dəyərlərdir.
 
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun