15 Avqust 2016
Mətni dəyiş
Yahudi əsilli amerikan yazar və alim Isaac Asimov "Elm və kəşflərin tarixi" adlı kitabında dünyanın bir çox yerində istifadə edilən 1 həftənin 7 gün sayılmasının tarixini yazıb.
Asimovun yazdığına görə, bu hesabın tarixi eramızdan əvvəl 2000-ci illərə qədər gedib çıxır. Babillilərin şumerləri və akkadları tarixdən silməyin həzzini yaşadığı bir vaxtda göydə baş verən hadisələrlə və ulduzların hərəkətləri ilə də maraqlanırdılar.
Elə bu ərəfələrdə göy üzündə digər ulduzlardan fərqli hərəkət edən daha 5 ulduzu da kəşf etmişdilər. Əslində Merkuri, Venera, Mars, Yupiter və Saturn planetləri olan bu "ulduzlara" çox dəyər vermiş və dünyaya ən az Günəş qədər təsir etdiklərinə qərar vermişlər.
Ayın hər 28 gündə yeni döngüyə keçdiyini bilən və aylarını 28 günlük olaraq qeyd edən babillilər buna görə bu beşliyə Günəşi və Ayı da əlavə edərək "həftə" anlayışını ortaya çıxardıblar.
7 günün hər birinə bu 7 cismin adlarını verib və "həftə" anlayışı ilə birlikdə 1 ayı 4 həftəyə bölərək zamanı daha rahat idarə etməyə başlayıblar. Onlardan sonra gələn bütün mədəniyyətlər də bu sistemi eyni ilə qəbul etmiş, sadəcə adlarında dəyişiklik ediblər.
Adı çəkilən bu 5 planetin gecələri hərəkət edərkən yunanların "zodiak" dedikləri bir yoldan gedirlər və bəzi ulduzların qabağından keçirlər. Bu planetlərin izlədiyi yol hər ay yavaş-yavaş dəyişir və hər il bu döngü təkrarlanır. Yunanlar da bu planetlərə çox böyük önəm verdikləri üçün onların insan həyatına birbaşa təsir etdiklərini düşünüblər və buradan da astrologiya ortaya çıxmışdır.
Babillilər bir ayı 28 olaraq hesablasalar da Misirdəki müşahidələr daha dəqiq idi, yəni bir ilin əsliində 365 gün olduğunu misirli rahiblər tərəfindən bilinirmiş. Buna görə ayın döngüsünə fikir vermədən ili 30 günlük 12 aya bölüb üstünə 5 gün də əlavə etmişdilər. Xırda dəyişikliklər olsa da, günümüzdə hələ də az qala bütün dünyada bu təqvim istifadə edilir.