Ağzını tikən biznesmen: "Pulumu qaytarmamaq üçün polisləri məni güllələdi" [Fotolar]

Ağzını tikən biznesmen: "Pulumu qaytarmamaq üçün polisləri məni güllələdi" [Fotolar]
4 Yanvar 2017
Mətni dəyiş
Biznesmen Nicad İbrahim 30 dekabrda başına gətirilənlərə etiraz olaraq ağzını tikib və aclıq aksiyasına başlayıb. O bildirir ki, hüquq mühafizə orqanlarına nə qədər şikayət etsə də, onu öldürmək məqsədilə güllələyən, yaralı olanda işgəncə verən polis işçiləri heç bir cəza almayıblar.
NİDA Vətəndaş Hərəkatı da bu məlumatı yayıb və Nicad İbrahimin hərəkata qoşulduğunu bildirib.
Biznesmen deyib ki, polislər onu aldadıb torpaq almaq üçün ondan külli miqdarda pul alıblar və bu pulu qaytarmamaq üçün də onu bir neçə şəxsin yanında güllələyiblər:
"Sübutlar da var, şahidlər də var. Sadəcə olaraq bunların heç birini polis istintaq materiallarına əlavə etmir. Bu işlə bağlı məhkəmə qərarını 6 il sonra almışam. Məhkəmə qərarı da başdan sona yalandı. Guya orda məndən başqa heç kim iştirak etməyib, nə vəkilim olub, nə də başqa nümayəndəm".
3 güllə vurulub və bunu necə saxtalaşdırıblar?
[caption id="attachment_19673" align="aligncenter" width="1282"] Danışa bilmədiyi üçün demək istədiklərini dəftərə yazır[/caption]
Nicad İbrahimov bildirir ki, ona uzun müddət məhkəmə qərarlarını verməkdən imtina ediblər. 6 ildən sonra isə özü məhkəmə qərarını arxiv idarəsindən alıb:
"Bu da o saxta məhkəmə qərarının surətidir. 6 il sonra məhkəmənin arxiv idarəsndən almışam. Burda yalandan yazılıb ki, guya mən etiraf eləmişəm, özümə güllə vurmağımdan peşman olmuşam və cinayəti də etiraf eləmişəm. Amma mən elə bir məhkəmədə iştirak etməmişəm. O məhkəmə qərarı başdan sona yalandı, orda məni güllələyən adamlardan heç birinin adı keçmir".
Biznesmen deyir ki, onu güllələyənlər polis idilər deyə başqa polis gəlmirdi hadisə yerinə. O, iddia edir ki, onun qanaxmadan ölməyi üçün polislər iki saat yarım həkim çağırmayıblar. Sonradan təcili yardım maşının gəldiyini və onu 10 dəqiqəyə "Semaşkaya" çatdırdığını bildirir.
"Xəstəxanada da yenə mənim ailəmə və qohumlarıma təzyiq etdilər ki, (Sabir həkim idi) əgər şikayət versəniz burda bunu bir iynəylə məhv edəcəklər. Əvvəlcə ayağını kəsəcəklər, sonra da bir iynəylə məhv edəcəklər. Dedi ki, bunun ayağını kəsirəm. Ayağını kəsməmək üçün əvvəlcədən gətirib 2000 dollar pul verməlisiniz, bir də xəstəxananın bütün xərcləri. Bizdən çox külli miqdarda pul aldılar", - deyə ağzını tikən etirazçı bildirir.
Nicad İbrahim bildirir ki, polis mayoru Anar Əliyevlə çoxdan tanış olub, həmyerlisi idi. Torpaq almaq üçün müraciət edib maklerlərə, onlar da yönləndiriblər ki, burda bir adam torpaq işiylə məşğul olur, o getdi danışdı, icra hakimiyyətinə girdi, çıxdı ki, bu qədər vaxta düzəlir:
"Polislər ümumilikdə 46910 dollar pulumu alıb, qaytarmırlar"
"Aldı torpağın pulunu məndən, 32 000 dollar. O pulu qaytarmadı. Onun bu gün üçün mənə 27 300 dollar borcu var. Məni güllə ilə vuran polislər qanunla cəzalanmalıdırlar. Şərləyərək (dayımı həbs etmışdilər) aldıqlar pulları geri qaytarmalıdırlar. Öz halal pulumdu. Polis polkovnik-leytenantı Anar Əliyev məndən 27390 dollar (icra Zakir Fərəcovun iş yerində alıb, torpaq satacaqdı mənə) və 8120 dollar (rəisin adından) alıb, sonra da qaytarmadı".
O deyir ki, Cəlalov Ceyhun polis müstəntiqi cinayyət işini saxtalaşdırıb və ondan ldadaraq 2800 dolar alıb. Polisdə olanda da hadisə vaxtı ona aid üzərində olan 5600 dollar pulu zorla alıb və geri qaytarmayıb:
"Nəsimi məhkəməsinin İlqar və İlham adlı işçiləri polis Anarla məni aldadaraq 3000 dollar pul alıblar və geri qaytarmırlar. Ən əsası məni güllə ilə vurulmağımı təşkil edən Ərəstun Həsənov və qohumu Nəsimi adlı polis cəzalanmalıdırlar. Dediklərimi sübut edən faktlar var".
"Hər yerə müraciət etmişəm, heç bir dövlət qurumu problemi həll etmir"
Biznesmen hər yerə, Daxili İşlər Nazirliyinə, Baş Prolurorluğa, məhkəmələrə, Ədliyyə Nazirliyinə, Prezident Aparatına getdiyini, ancaq onun məsələsinin heç bir dövlət orqanının həll etmədiyini, əksinə onu süründürməçiliyə saldıqlarını bildirir, o deyir ki, başlarından edirlər, cinayətin üstünü açmaq istəmirlər.
"Mən buna etiraz edirəm, çünki səbrim çatmır. Etirazı da necə edirəm? Aclıq edirəm. Ölüm aclığı deyirlər buna. Ağzımı tikmişəm və heç nə yeyib içmirəm. Burnumdan nəfəs aldığıma görə yəqin nəfəs almağımda da çətinlik olacaq".
Nicad İbrahim bildirir ki, 8 ildən çoxdur dövlətin cinayətkar polisinin əli onun qanına batıb. O deyir ki, məhkəmə qərarının hələ də əslini ala bilməyib, ancaq surətin əldə edib:
"Tələbim odur ki, 46910 dollar pulum və sənədli ov tüfəngimi geri qaytarsınlar, məni öldürmək məqsədi ilə guüllələyənləri də qanunla cəzalandırsınlar".
Ağzını tikən biznesmen 6-ci gündür aclıq aksiyasını davam etdirir. O bildirir ki, hələ də heç bir dövlər qurumu onun vəziyyəti ilə maraqlanmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun