III hissə
İkinci hissəni buradan oxuya bilərsiniz
Samuel Hantinqton
Əgər soyuq müharibə illərində böhranların və qırğınların əsas mərkəzləri siyasi və ideoloji sərhədlər boyunca cəmlənmişdisə, amma indi onlar sivilizasiyalar arasındakı çatlar üzərində hərəkət etməyə başlayıblar. Soyuq müharibə “dəmir pərdə”nin Avropanı siyasi və ideoloji cəhətdən iki hissəyə böldüyü zaman başladı. Bu “dəmir pərdə”nin aradan qalxması ilə soyuq müharibə də yekunlaşmış oldu. Avropanın ideoloji bölgüsü aradan qalxan zaman Qərb xristianlığının mədəni bölgüsü meydana gəldi - bir tərəfdən provaslav, digər tərəfdən islam. Ola bilsin ki, U.Uollisin də hesab etdiyi kimi, Avropada daha vacib ayırıcı xətt qərb xristianlığının şərq sərhəddidir. Hansı ki, bu sərhəd 1500-cü ildən bəri hökm sürür. Bu sərhəd Baltik ölkələri və Rusiya, Finlandiya və Rusiya arasında mövcud sərhədləri boyunca uzanan, Transilvaniyanı Rumıniyanın digər hissələrindən ayıran, Belorusiya və Ukrayna üzərindən qərbə çevrilən, daha sonra Yuqoslaviyadan keçən, Xorvatiyanı və Sloveniyanı yerdə qalan digər Yuqoslaviya ölkələrindən ayıran xətt ilə üst-üstə düşür. Balkanlarda təbii ki bu sərhəd tarixi Osmanlı imperiyası ilə Habsburqlar arasındakı sərhəddir. Bu xəttin şimal və qərb hissələrində protestantlar və katoliklər yaşayır. Onlarda Avropa tarixinin ümumi təcrübəsi mövcuddur: feodalizm, intibah dövrü, reformasiya, təhsil, Böyük Fransız inqilabı, sənaye inqilabı. Onların iqtisadi vəziyyəti ümumən şərqdə yaşayan insanlardan daha yaxşıdır. Bu xəttin şərq və cənub hissəsində provaslav xristianlar və müsəlmanlar yaşayır. Tarixən bu ərazilər Osmanlı imperiyasının tərkibində olmuşdur. İqtisadi cəhətdən onlar Qərbdən geridə qalırlar və görünür ki, dayanıqlı demokratik siyasi sisteminin qurulması üçün az hazırlıqlıdırlar. İndi mədəniyyətin "məxməri pərdə"si Avropada demokratiyanın əsas xətti kimi "dəmir pərdə" ideologiyası ilə əvəz edilmişdir. Yuqoslaviyadakı hadisələr göstərdi ki, bu xətt təkcə mədəni fərqlərdən deyil, həm də bəzən qanlı münaqişələrdən də ibarət olur.
Artıq 13 əsrdir ki, Qərb və İslam sivilizasiyaları boyunca münaqişələr uzanır. İslamın yaranması ilə ərəblərin və mavrların Şimala və Qərbə hərəkətləri yalnız 732-ci ildə başa çatmışdır. XI-XII əsrlərdə səlib yürüşləri zamanı səlibçilər müxtəlif müvəffəqiyyətlərlə Müqəddəs Torpaqlara xristianlığı gətirməyə və burada xrisitian qaydalarını yaratmağa çalışırdılar. XIV-XVI əsrlərdə təşəbbüsü türk-osmanlılar ələ aldı. Onlar öz hakimiyyətlərini Yaxın Şərq və Balkanlara yaydılar, Konstantinopolu ələ keçirdilər, iki dəfə Vyananı mühasirəyə aldılar. Ancaq XIX-XX əsrin əvvəllərində türk-osmanlıların gücü öz enişini yaşadı. Şimali Afrikanın və Yaxın Şərqin böyük hissəsi İngiltərənin, Fransanın və İtaliyanın nəzarəti altına keçdi.
İkinci Dünya müharibəsinin sonlanması ilə Qərbin təslim olma növbəsi başladı. Koloniya imperiyaları ləğv edildi. Onlar ərəb millətçiliyini, İslam köklülüyünü elan etdilər. Qərb Fars körfəzi ölkələrindən ağır bir asılılığa düşdü. Müsəlman ölkələri – neftlə, pulla, istəyəndə silahla zəngin ölkəyə çevrildilər. Qərbin təşəbbüsü ilə ərəblər və İsrail arasında bir sıra müharibələr baş verdi. Fransa demək olar fasiləsiz 50 ildən çox Əlcəzairdə müharibələr apardı. 1956-cı ildə ingilis və fransız ordusu Misiri işğal etdi. 1958-ci ildə amerikalılar Livana daxil oldu. Daha sonra onlar dəfələrlə bura qayıtdılar, həmçinin Liviyaya hücum etdilər və İran ilə çox sayıda hərbi qarşıdurmalarda iştirak etdilər. Buna cavab olaraq ərəb və islam terroristləri ən azı üç Orta Şərq hökumətinin dəstəyi ilə qərb təyyarələrini, binalarını partlatmağa və əsirlər götürməyə başladılar. Qərb və ərəb ölkələri arasında müharibə vəziyyəti 1990-cı ildə zirvəyə çatdı. Hansı ki, bu vaxt ABŞ Fars körfəzinə bir sıra ərəb ölkələrini digər aqressiv qüvvələrdən qorumaq üçün çox sayıda ordu göndərdi.
[caption id="attachment_24647" align="alignnone" width="1920"]
Samuel P. Huntington 2004-cü il Dünya İqtisadi Forumunda[/caption]
Qərb və İslam dünyası arasında hərbi qarşıdurma bir əsr boyunca davam edir və onun azaldılması üçün heç bir işarə yoxdur. Əksinə bu müharibə daha da şiddətlənə bilər. Fars körfəzindəki müharibə bir çox ərəblərin iftixar, qürur hissinin alovlanmasına gətirib çıxardı - Səddam Hüseyn İsrailə hücum etdi və Qərbə qarşı müqavimət göstərdi. Bu da Fars körfəzində iştirak edən hərbi qüvvələrin narazılığına səbəb oldu. Bundan əlavə bir çox ərəb ölkələri, hətta neft ixracatçısı olmayan ərəb ölkələri belə öz sosial və iqtisadi inkişafında elə bir səviyyəyə gəlib çatmışdılar ki, onlar artıq hökumətin avtoritar rejim forması ilə uyğunlaşmırdılar. Burada demokratiyanı tətbiq etmək cəhdləri daha israrlı şəkildə davam edirdi. Bir sıra ərəb ölkələrinin siyasi sistemi açıq cəmiyyətinin müəyyən bir nisbətini əldə edə bilmişdilər. Ancaq bu da başlıca olaraq İslam fundamentalistlərinin xeyrinə idi. Bir sözlə, ərəb dünyasında qərb demokratiyası anti-qərb siyasi qüvvələrini gücləndirirdi. Ola bilsin ki, bu keçici bir haldır, amma heç şübhəsiz ki, bu vəziyyət İslam ölkələri ilə Qərb dünyası arasındakı münasibəti çətinləşdirir.
Bu münasibətlər həm də demoqrafik faktorlarla mürəkkəbləşir. Ərəb ölkələrində, xüsusilə də Şimali Afrikada nüfuzun sürətlə artması Qərbi Avropa ölkələrinə immiqrasiyanı artırır. Öz növbəsində, Qərbi Avropa ölkələri arasında daxili sərhədlərin tədricən aradan qaldırılması fonunda baş verən mühacirlərin axını kəskin siyasi müxalifliyə səbəb oldu. İtaliya, Fransa və Almaniyada irqçilik daha açıq hal almağa başladı və 1990-cı illərdən başlayaraq ərəb və türk immiqrantlara qarşı siyasi reaksiya və zorakılıq hallarının artdığı qeydə alındı.
Hər iki tərəf İslam və Qərb dünyası arasındakı mədəniyyət çatışması görürdü. İslam dininə məxsus hind jurnalist M.Əkbər yazırdı ki, “ Qərb əlbəttə ki, müsəlman dünyası ilə qarşılaşacaq, üzləşəcək”. İslam dünyasının Məğribdən Pakistana qədər uzanması faktı yeni dünya nizamı üçün mübarizəyə gətirib çıxaracaqdır.
Tərcümə: Asya Cəlilova