Məlum olduğu kimi, ötən axşam Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” “Qarabağ”ın qonağı olub.
Matçda Ağdam təmsilçisinini azarkeşləri möhtəşəm xoreoqrafiya nümayiş etdiriblər. Bakı Olimpiya Stadionunda (BOS) baş tutan, bütün biletlərinin satıldığı oyunda qadın azarkeşlər xüsusi diqqət çəkib.
Azarkeş kimi BOS-a Bakıda yaşayan ingilislərdən tutmuş, “Qarabağ” sevgisinə yığışmış qadınlar da gəlib.
“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədovun çəkdiyi, xanım azarkeşlərin həyəcanını əks etdirən fotoları təqdim edirik: