 19 Mart 2017
                    19 Mart 2017
                 
                
                    Mətni dəyiş
                     
                 
             
            
                
                    
Rok musiqisinin əfsanəvi adlarından olan Chuck Berry 90 yaşında vəfat edib.
Abzas.net “Euronews”a istinadən xəbər verir ki, Amerikanın Missuri ştatında yaşayan musiqiçi evində huşunu itirmiş halda tapılıb. Göstərilən cəhdlərə baxmayaraq, Berry'ni həyata qaytarmaq mümkün olmayıb.
O, 1986-cı ildə rok-n-rollun Şöhrət zalına daxil edilən ilk musiqiçilərdəndir.
"The Beatles" qrupunun ulduzu John Lennon, “Rock’n roll’a başqa bir ad verməyə çalışsaydınız, buna “Chuck Berry” deyə bilərdiniz” ifadəsini işlətmişdi.
Berry, 1985-ci ildə "Qremmi" tərəfindən “Yaşam Boyu Uğur” mükafatına layiq görülüb.
“Rolling Stone” jurnalının versiyasına görə, bütün dövrlərin 100 ən böyük ifaçıları siyahısına daxil edilib və orada 5-ci yeri tutub.