Siyasət

İlqar Məmmədova vəkillə görüş verməyiblər

1 dəqiqə
İlqar Məmmədova vəkillə görüş verməyiblər

Foto: sosial media

Bu gün vəkil Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsinə REAL Hərəkatının sədri İlqar Məmmədovla görüşə gedib

Abzas.net xəbər verir ki, vəkil İlqar Məmmədovla görüşə bilməyib.

Fuad Ağayev 1 saata yaxın gözlədildikdən sonra, ona İlqar Məmmədovla görüşə bilməyəcəyini deyiblər. Bildiriblər ki, görüş otağında istintaq aparıldığı üçün görüş mümkün deyil.

XATIRLATMA

İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrlə əlaqədar həbs olunub. Məmmədov asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, onu kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilərək 7 il azadlıqdan məhrum ediblər.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun