“Azərbaycanda istər siyasi partiya üzvləri sırasından, istərsə də heç bir partiyanın üzvü olmayan vicdanlı mütəxəssislərdən ibarət ölkəni daha yaxşı idarə edəcək onlarla hökumət çıxarmaq olar.”
Bu sözləri Müsavat başqanı Arif Hacılı Real Partiyasının üzvü Erkin Qədirlinin “Bu gün hakimiyyət çöksə, heç kim hakimiyyətə gəlməyə, hakimiyyəti saxlamağa hazır deyil. İqtidar qalmalıdır, təcürbəsindən öyrənməliyik.” , fikrinə münasibət bildirərkən deyib.
Xalid Bağırov yazıb ki, Erkin Qədirlinin açıqlaması Real daxilində debat, kənarda şüvən yaradıb. Bu nə ədadır, yanlışlığa etiraz edənlərə qarşı nə hörmətsizlikdir?!
İstiqlal hərakatına rəhbərlik etdik. Dövlətin istiqlalına imza atdıq, Öhdəmizdə olanda ən azı Füzuli, Ağdərə, Qubadlı və s. rayonların işğaldan müdafiəsinə nail olduq. Qısa müddətdə hakimiyyətdə olub elə islahatlar apardıq ki, Əliyev rejimi 25 ildir ki, məhv edib sonuna çıxa bilmir.
Ən böyük mitinqləri, yürüşləri təşkil etdik. Elə bu ittihamla tutuqlanıb illərlə həbsdə qaldıq. Yenə də mübarizənin önündəyik.
Amma əda göstərmədik, kimlərisə aşağılamadıq, yekəxanalıq etmədik.
Ölkədə hələ hüquqi dövlət, azad cəmiyyət qurmadıqsa qürurlanmağa haqqımız yoxdur, deyə düşündük… Erkin bəyin açıqlaması isə orjinal deyil.
Əliyev rejimi təbliğatçıları xüsusi ilə xaricdə, biz yaxşı deyiliksə də bizdən daha yaxşısı yoxdur, təbliğatı aparır.
Bu yanlış, ziyanlı, tənqidə dözməyən fikirdir. Azərbaycanda istər siyasi partiya üzvləri sırasından, istərsə də heç bir partiyanın üzvü olmayan vicdanlı mütəxəssislərdən ibarət ölkəni daha yaxşı idarə edəcək onlarla hökumət çıxarmaq olar.