Oktyabrın 23-də Fransanın Bakıdakı səfiri Oreliya Buşe Azərbaycan XİN-ə çağırılıb. Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbərinin işğal edilmiş ərazilərə qanunsuz səfərilə bağlı səfirə etiraz notası təqdim olunub. Bu barədə Azərbaycan XİN-in məlumatında bildirilir.
Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərilə bağlı rəsmi etiraz bildirilib.
Rəsmi Bakı Fransa hökumətini bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırıb