Tel-Əvivdə Azərbaycan və İsrailin baş qərargah rəisləri Nəcməddin Sadıqov və Qadi Ayzenkotun görüşü keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbətdə Ayzenkot bildirib ki, İsrail Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.
Sadıqov öz növbəsində Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb. Qeyd edək ki, dünən İsrailin müdafiə naziri Aviqdor Liberman da Sadıqovu qəbul edib.